Əli Həsənov: "Müxalifət dövlətə pislik edir"
17 Mart 2011 Cümə Axşamı 21:57
PA rəsmisi Əli Həsənovon sözlərinə görə, Azərbaycan müxalifətinin arxasında ciddi sosial dayaq yoxdur.
Azərbaycan müxalifətinin arxasında ciddi sosial dayaq yoxdur və onlar həmişə dövlətə pislik edirlər. Bunu bəyan edən Prezident Administrasiyasının rəsmisi Əli Həsənov opponentlərinə mesaj da göndərib. "Biz Azərbaycan müxalifəti ilə daim təmasda oluruq. Daim bu və ya digər məsələlərin müzakirəsinə hazır olduğumuzu bildiririk. Bəzi müxalifət dairələri bu gün Azərbaycan dövlətinin, millətinin maraqlarını təmsil edən məsələlərdə dialoqa hazır olmadıqlarını nümayiş etdirirlər. Eyni zamanda dövlətin, millətin maraqlarına toxunan məsələlərdə həmişə pozucu bir mövqedəqən çıxış edirlər”.
Prezident Admistrasiyasının rəsmisi deyir ki, belələri cəmiyyətin aparıcı partiyaları deyil: "Bunların arxasında xüsusi ciddi dayaq yoxdur. Amma onlar bizim vətəndaşlarımızdır və biz istəsək də, istəməsək də onlarla təmasa girməyə məcburuq”. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: