Əli Həsənov: “Hafiz Hacıyev pis idisə, niyə onu nazir təyin etmişdilər?”
16 Aprel 2010 Cümə 12:50
Əli Həsənov: “Qonağın yanından durub getmək Azərbaycan ənənələrinə uyğun gəlməyən, Azərbaycan mentalitetinə zidd addımdır”.
APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Prezident Administrasiyası (PA) ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bildirib. Müxalifət partiyaları təmsilçilərinin Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) prezidenti Mövlud Çavuşoğlu ilə görüşdən imtinasına münasibət bildirən şöbə müdiri bunları deyib: “Hər bir partiya özü haqqında istənilən fikirdə ola bilər. Bəziləri özünü hətta Roma Papasından daha çox katolik də saya bilər. Amma cəmiyyət onlar haqqında nə düşünür, buna diqqət yetirsinlər”.
Müxalifət nümayəndələrinin görüşü Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevə görə tərk etmələri barədə səslənən fikirlərə toxunan Ə. Həsənov “Mən Hafiz Hacıyevin fəaliyyətinə qiymət vermək fikrində deyiləm. Amma Hafiz Hacıyev pis idisə, niyə bu fikirləri söyləyənlər o zaman onu nazir təyin etmişdilər? Bu suala cavab versinlər”, -söyləyib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: