Eldeniz Quliyev Baş Prokurorluğa çağırıldı
30 Avqust 2013 Cümə 18:16
El Herekatının sedr müavini Eldeniz Quliyev Ağır Cinayətlere Dair İşler üzre İstintaq İdaresinde dindirilecek.
“El” Hərəkatının sədr müavini Eldəniz Quliyev ifadə vermək üçün Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə dəvət edilib.

Bu barədə APA-ya E. Quliyev özü məlumat verib. E. Quliyev bildirib ki, hazırda Şamaxı rayonunda olduğundan prokurorluğa sentyabrın 2-də gedəcək.

Qeyd edək ki, Əflan İbrahimov KİV-ə açıqlamasında Milli Şuranın bəzi üzvləri tərəfindən ölkədə ictimai-siyasi sabitliyin pozulması, o cümlədən Bakı şəhərində və respublikanın digər bölgələrində seçki ərəfəsində iğtişaşlar törədilməsi ilə bağlı konkret tapşırıqların verildiyini bildirib. Bununla əlaqədar Eldar Namazov və Köçəri Nağıbəyli də Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağırılıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar