Eldar Namazov hesabat verecek
20 İyul 2013 Şənbə 16:01
Qurumun icra aparatının rehberi Eldar Namazov ABŞ-dan birbaşa Moskvaya gedib.
Milli Şuranın icra aparatının rəhbəri Eldar Namazov ABŞ-da görüşlərini yekunlaşdırdıqdan sonra bu ölkədən birbaşa Moskvaya bilet alıb.

Bu barədə AzNews.az-a daxil olan məlumata görə, ABŞ Konqresində Helsinki Komissiyasının Azərbaycanla bağlı keçirdiyi dinləmələrdə iştirak edən REAL Hərəkatının Məclis sədri Erkin Qədirli və Eldar Namazov Birləşmiş Ştatlardakı görüşlərini yekunlaşdırıblar.

Məlumata görə, Helsinki Komissiyasındakı dinləmələrdən sonra adı çəkilən müxalifət nümayəndələri ABŞ Milli Təhlükəsizlik Şurasında da bir sıra görüşlər keçiriblər. Bu görüşlərin ardından isə E.Qədirli Bakıya qayıdıb.

E.Namazov isə ABŞ-dan birbaşa Moskvaya gedib. Əldə etdiyimiz məlumata görə, E.Namazovun səfərinin məqsədi ABŞ-da keçirdiyi görüşlərlə bağlı R.İbrahimbəyova ətraflı məlumat verməkdir. Görüşdə həmçinin, Milli Şuranın Seçki Qərargahının nümayəndələrinin də qurumun vahid namizədi ilə razılaşdırılması və onun təsdiqini alması gözlənilir.

E.Namazovun iyulun 22-də ölkəyə qayıdacağı bildirilir. R.İbrahimbəyov isə iyulun 23-də Almaniyada yaşayan azərbaycanlılarla görüşmək üçün bu ölkəyə səfər edəcək. Onun bu ayın 30-da Bakıya qayıdacağı gözlənilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar