Ehmed Davudoğlu Con Kerri ile Qafqazdan danışdı
11 Dekabr 2013 Çərşənbə 17:47
Ehmed Davudoğlu Con Kerri ve İngiltere xarici işler naziri Vilyam Haque ile telefonda danışıb.
Türkiye xarici işler naziri ehmed Davudoğlu ABŞ dövlet katibi Con Kerri ve İngiltere xarici işler naziri Vilyam Haque ile telefonda danışıb. ANS PRESS-in Türkiye metbuatına istinaden verdiyi melumata göre, bu barede diplomatik qaynaqlardan bildirilib. Melumata göre, Kerri ve Haquenin telebleri istiqametinde reallaşan telefon danışığında başda Suriya meselesi olmaq üzre, Kipr ve Qafqazdakı veziyyet müzakire edilib.
Resmiler arasında danışıq zamanı Suriya mövzusu etrafında elde olunan müsbet irellileyişler ve Cenevre-2 Konfransı hazırlıqları haqqında müzakireler aparılıb.
Qafqaz mövzusunda ise Türkiye xarici işler nazirinin hefte içinde İrevana edeceyi ziyaret evvelinde regional sülh ve sabitliye istiqametli sey ve cehdlerin qiymetlendirildiyi ifade edilib. Danışıqlarda hemçinin Banqladeşdeki son meselelere de toxunulduğu bildirilir.
DOSTLARINLA PAYLAŞ: