Əhməd Davudoğlu bu gün Azərbaycana gələcək
19 Aprel 2010 Bazar Ertəsi 05:55
Türkiyə XİN rəhbəri Əhməd Davudoğlunu bu həftə gərgin iş proqramı gözləyir.
Bu gün Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Qafqaz və Yaxın Şərq ölkələri turnesi çərçivəsində Azərbaycana səfər edəcək. Davudoğlu Bakıda prezident İlham Əliyevlə görüşündə Vaşiqton görüşləri barədə məlumat verəcək. Azərbaycandan sonra İrana səfər edəcək türkiyəli nazir bu ölkənin rəsmiləri ilə aparacağı görüşlərdə nüvə təhlükəsizliyi məsələsinə önəm verəcək. Həftənin ortalarında Əhməd Davudoğlu Türkiyə-Serbiya-Avropa Birliyi sammitinin keçiriləcəyi Belqrada gələcək. Aprelin 22-23-də isə NATO xarici işlər nazirlərinin Estoniyada keçirilən görüşünə qatılacaq. Həftə sonu isə onun Qırğızıstana səfəri planlaşdırılır. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: