Edvard Nalbandyan İsveçin XİN başçısının fikrini məntiqsiz hesab edir
20 İyul 2009 Bazar Ertəsi 21:20
Ermənistan XİN rəhbəri: "Bildtin Ermənistan-Türkiyə münasibətlərinin yoluna qoyulmasının bütün regiona müsbət təsir göstərəcəyinə dair fikri o qədər də ağlabatan deyil"

Ermənistanla Türkiyə arasında ikitərəfli münasibətlərin nizamlanmasına dair hələlik heç bir sənəd imzalanmayıb. ANS PRESS-in “Novosti-Armeniya”ya istinadən verdiyi xəbərə görə, bu barədə İrəvanda Avropa İttifaqı “üçlüyü”nün nümayəndə heyəti ilə aparılan danışıqların yekunu üzrə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan bildirib.

“İrəvan və Ankara arasında heç bir sənəd imzalanmayıb. Təkcə “Yol xəritəsi” var”, - deyə o vurğulayıb.

Diplomat həmçinin İsveçin xarici işlər naziri Karl Bildtin Ermənistan-Türkiyə münasibətlərinin nizamlanmasının bütün regiona müsbət təsir göstərəcəyinə dair fikri ilə razılaşmayıb. Bele ki, o bildirib ki, erməni-türk dialoqunun bərpasına Azərbaycan tərəfi narazılıq nümayiş etdirib. "Belə olan halda Ermənistan-Türkiyə münasibətlərinin yoluna qoyulmasının bütün regiona müsbət təsir göstərəcəyinə dair fikir o qədər də ağlabatan deyil. Çünki Azərbaycan da bu regionun bir hissəsidir”, - deyə o vurğulayıb. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar