Demokratiya Uğrunda İttifaq DUİ tarixə qovuşdu
22 Fevral 2011 Çərşənbə Axşamı 19:51
Azərbaycanda müxalifət bloku Demokratiya Uğrunda İttifaq DUİ nin fəaliyyətinə xitam verilib.
Demokratiya Uğrunda İttifaqın (DİU) Sədrlər Şurasının növbədənkənar toplantısı keçirilib. DİU-dan verilən məlumata görə, toplantıda Böyük Azərbaycan Partiyası Siyasi Şurasının Demokratiya Uğrunda İttifaqda fəaliyyətinə xitam verilməsi qərarı müzakirə edilib. Klassik Xalq Cəbhəsi Partiyası da DUİ-nin fəaliyyətinə xitam verilməsi təklifi ilə çıxış edib.

Məsələ toplantıda geniş müzakirə edilib və DİU-nun fəaliyyətinə bu gündən xitam verilib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar