Daha bir müxalifət partiyası prezident seçkilərində iştirak edəcək
21 Fevral 2013 Cümə Axşamı 16:31
Vətəndaş Həmrəyliyi Partiyasının Siyasi Şurası bununla bağlı yekdil qərar qəbul edib.
Bu gün Vətəndaş Həmrəyliyi Partiyası (VHP) mərkəzi qərargahında Siyasi Şuranın toplantısı keçirilib. Partiyanın mətbuat və informasiya xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Siyasi Şuranın müzakirəsinə ölkədəki ictimai-siyasi vəziyyət və VHP-nin prezident seçkilərində iştirakı, qurultaya hazırlıq, təşkilati məsələlər daxil edilmişdi.
Ümumi müzakirələrdən sonra Siyasi Şura üzvlərinin yekdil razılığı ilə VHP-nin prezident seçkilərində iştirakı barədə qərar qəbul olunub. Seçkilərdə iştirakın forması isə iyun ayına nəzərdə tutulan VHP-nin Ümumrespublika konfransının müzakirəsinə tövsiyyə olunub.
VHP-nin növbəti qurultayına hazırlıq və rayon təşkilatlarının konfransının keçirilməsi məsədilə 7 nəfərdən ibarət Təşkilat Komitəsi yaradılıb.
VHP sədri Sabir Rüstəmxanlı 21 fevralın Ana Dili günü olduğunu vurğuladı və dövlət dilinin qorunması vacibliyindən və atılan addımlardan danışıb.
Sonda partiyaya qəbulla bağlı SŞ-ya edilən 19 müraciətə müsbət cavab verilib.
DOSTLARINLA PAYLAŞ: