Con Kerri ilə Elmar Məmmədyarov arasında telefon danışığı olmayıb
29 Mart 2013 Cümə 22:41
ABŞ səfirliyindən təkzib gəlib.
ABŞ-ın Azərbaycandakı səfirliyi dövlət katibi Con Kerri ilə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov arasında telefon danışığı olması barədə xəbəri təkzib edib. ABŞ-ın Azərbaycandakı səfirliyindən ANS PRESS-ə verilən məlumata görə, kütləvi informasiya vasitələrində yayılan bu məlumatlar həqiqətə uyğun deyil.

Qeyd edək ki, bu gün bir sıra kütləvi informasiya vasitələrində ABŞ dövlət katibi Con Kerri ilə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov arasında telefon danışığının olması, Milli Demokratiya İnstitutu məsələsi və ATƏT-in Bakı ofisinin statusunun dəyişdirilməsi barədə məlumatlar yayılıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar