Cemil Hesenli Milli Şuranın teklifini redd etdi
13 Avqust 2013 Çərşənbə Axşamı 11:49
Cemil Hesenli: Men Milli Şura üzvü kimi prezidentliye namizedliyimin ireli sürülmesine qarşıyam.
Dünənki sessiyada Milli Şuranın prezident seçkilərində ehtiyat namizədi olması təklif edilən bir neçə şəxs olub. Bunlar tanınmış tarixçi alim, professor Cəmil Həsənli, “Turan” İnformasiya Agentliyinin baş direktoru Mehman Əliyev və akademik Rafiq Əliyev olub.

ANS PRESS-in AzNews.az-a istinadən verdiyi məlumata görə, qapalı keçirilən MŞ-in iclasında qurumun bir neçə üzvü, hətta sabiq deputat Gültəkin Hacıyevanın da ehtiyat namizəd olması ilə bağlı təklif irəli sürüblər. Lakin namizədliyi təklif olunan şəxslərdən heç biri seçkidə iştirakı ilə bağlı qəti söz deməyib. Hətta C.Həsənli daha konkret davranaraq, Milli Şuranın ehtiyat namizədi olmaqdan imtina edib.

C.Həsənli öz çıxışında deyib ki, Azərbaycanın bu günü üçün prezidentliyə namizəd kimi Rüstəm İbrahimbəyovdan başqası yoxdur. Sonra professor daha da irəli gedərək, hətta adı ehtiyat namizəd ola biləcək şəxs kimi hallanan MŞ üzvlərinə də müraciət edərək, onların da birmənalı R.İbrahimbəyovu dəstəkləməli olduğunu bəyan edib: “Mən Milli Şura üzvü kimi prezidentliyə namizədliyimin irəli sürülməsinə qarşıyam, hətta bu məsələdə adı hallananların özləri də Rüstəm müəllimi dəstəkləməlidir”.

O da bildirilir ki, Milli Şura üzvləri M.Əliyevdən də C.Həsənli ilə eyni mövqe sərgiləməsini gözləsə də, tanınmış baş direktor ehtiyat namizəd olması barədə təkliflə bağlı heç nə deməyib.

Qeyd edək ki, MŞ R.İbrahimbəyova avqustun 18-dək vaxt verib. Həmin vaxta qədər “Oscar”lı ssenarist Rusiya vətəndaşlığı ilə bağlı problemi həll edərək ölkəyə qayıtmasa, Milli Şuranın avqustun 19-a təyin edilmiş sessiyasında qurumun prezident seçkilərində iştirak edəcək namizədi ilə bağlı məsələyə yenidən baxılacaq və son qərar veriləcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar