Cemil Hesenli İlham Eliyevin reqibi deyil
24 Avqust 2013 Şənbə 00:09
Mübariz Qurbanlı: Cemil Hesenli Milli Şuraya, müxalifete uğur qazandıra bilmeyecek.
“Milli Şurada yeni vahid namizəd kimi Cəmil Həsənlinin seçilməsi müxalifətə yeni heç nə verməyəcək. Cəmil Həsənli seçkilərdə iştirak etdiyi halda da, bizim namizədimiz, xalqın namizədi İlham Əliyevin yox, yerdə qalan namizədlərin rəqibi ola bilər”.
ANS PRESS-in məlumatına görə, bunu APA-ya açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Mübariz Qurbanlı Milli Şuranın bu gün Cəmil Həsənlini vahid namizəd kimi müəyyənləşdirməsinə münasibət bildirərkən deyib.
O qeyd edib ki, Rüstəm İbrahimbəyovun da namizədliyi Milli Şura adından hələ gündəmdədir: “Bilmək olmaz, bəlkə Rüstəm İbrahimbəyov pasport məsələsini həll edəcək. İstənilən halda onun əvəzinə Cəmil Həsənli də olsa, ancaq o biri namizədlərlə seçkidə yarışa bilər, xalqın namizədi İlham Əliyevlə yarışmağa onun gücü, resursu yoxdur”.
M. Qurbanlı deyib ki, C. Həsənli Milli Şuraya, müxalifətə uğur qazandıra bilməyəcək: “Cəmil Həsənli Həzrəti İsa deyil ki, Milli Şura üçün, müxalifət üçün möcüzə yaratsın, uğur qazandırsın. Ola bilsin, Cəmil Həsənli seçkilərdə arxasında duran Milli Şuranın nüfuzunun itməsi səbəbindən elə biabırçı səs toplasın ki, bunu bu gün heç özü də təsəvvür edə bilmir. Milli Şuranın namizədi kimi iştirakı zamanı ona nə yazdığı kitablar, nə də digər amillər gömək edəcək”.
YAP rəsmisi deyib ki, radikal müxalifət bir müddət Rüstəm İbrahimbəyovun adı altında oyun oynayıb, indi də C. Həsənlini seçib: “Bu da əvvəlki oyunları kimi uğursuz olacaq. Cəmil Həsənli onlara sığortalanmaq üçün lazımdır ki, müxalifət seçkidə iştirak edə bilsin”.
DOSTLARINLA PAYLAŞ: