Bidzina İvanişvili İlham Əliyevə təşəkkür etdi
27 Dekabr 2012 Cümə Axşamı 23:52
İlham Əliyev olduqca istedadlı prezidentdir.
Azərbaycana ilk rəsmi səfərdən qayıdan Gürcüstanın baş naziri Bidzina İvanişvili “İmedi” televiziya kanalına müsahibə verib. O, Azərbaycan prezidenti İlham Əliyevə səmimi qəbula görə təşəkkür edib. Baş nazir deyib ki, cənab İlham Əliyev olduqca istedadlı prezidentdir: “Mən bunu görüşümüzün ilk anından hiss etdim”.

Baş nazir bildirib ki, Gürcüstanla Azərbaycanın strateji tərəfdaşlığı davam etdiriləcək: “Biz ölkələrimizin mənafeyi ziddinə heç bir addım atmayacağıq”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar