Bidzina İvanişvili Bakıya gəlmədi
10 Oktyabr 2012 Çərşənbə 20:46
Bidzina İvanişvilinin ABŞ-dan sonra Azərbaycana səfər edəcəyi barədə məlumat təsdiqini tapmayıb.
Bidzina İvanişvilinin ABŞ-dan sonra Azərbaycana gələcəyi yalan çıxıb. ANS PRESS-in məlumatına görə, Gürcüstanın xarici işlər naziri vəzifəsinə namizəd Maya Pancikidze bu ölkədə baş nazir olacaq B. İvanişvilinin ABŞ-dan sonra Bakıya səfər edəcəyi barədə yaydığı məlumatı təsdiq etməyib.

M. Pancikidze deyib ki, bu barədə heç kəsə məlumat verilməyib.

Qeyd edək ki, Azərbaycan KİV-i İvanişvilinin Bakıya səfər edəcəyi barədə məlumatı Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidzeyə istinadən yayıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar