Belarusun baş naziri Mixail Myasnikoviç Azərbaycana gələcək
28 İyun 2011 Çərşənbə Axşamı 15:30
Belarusun baş naziri Mixail Myasnikoviç iyulun 7-də Azərbaycana səfər edəcək.
Belarusun Azərbaycandakı səfirliyindən APA-ya verilən xəbərə görə, işgüzar səciyyə daşıyacaq səfər zamanı Belarus hökümətinin rəhbəri Azərbaycan rəhbərliyi ilə görüşlər keçirəcək və iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin mövcud durumunu, bu əlaqələrin inkişaf perspektivlərini müzakirə edəcək.
Belarus mətbuatında isə M. Myasnikoviçin Azərbaycandan kredit almaq niyyəti ilə Bakıya gedəcəyinə dair yazılar dərc olunub. Belə ki, Rusiyanın “İnter RAO” şirkəti ödənməyən borclar səbəbindən sabahdan etibarən Belarusun elektrik enerjisi ilə təminatını dayandıracağını açıqlayıb. Belarus mətbuatı bildirir ki, ölkə höküməti Rusiya ilə yaranmış maliyyə mübahisəsini Azərbaycanın maliyyə yardımı ilə çözmək niyyətindədir. APA
DOSTLARINLA PAYLAŞ: