Bayram Səfərov: "Bütün təşkilatlar, qurumlar son sözünü deməlidir"
23 May 2010 Bazar 18:35
"Ermənistanın yalançı seçkilərinə son qoyulmalıdır"
Erməni silahlı qüvvələrinin işğalı altında olan Dağlıq Qarabağ bölgəsində separatçıların keçirdikləri qondarma “parlament seçkiləri” ilə bağlı Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması bəyanat yayıb. Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Bayram Səfərov ANS-ə bildirib ki, bölgədə legitim seçkilər yalnız Ermənistanın silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılmasından, oradan qovulmuş azərbaycanlı əhalinin öz doğma torpaqlarına qayıtmasından, bölgənin azərbaycanlı və erməni icmaları arasında dinc yaşayışın təmin olunmasından sonra keçirilə bilər: “Azərbaycanın ərazisində nəcə seçkilər keçirilə bilər? Bütün seçkilərdə Dağlıq Qarabağın azərbaycanlı icması orada olmalıdır. Bütün təşkilatlar, qurumlar son sözünü deməlidir, Ermənistanın həyasızcasına yalançı seçkilərinə son qoyulmalıdır”.
Xatırladaq ki, Birləşmiş Ştatların dövlət departamenti, Türkiyənin Xarici İşlər Nazirliyi və Avropa İttifaqı qondarma seçkiləri pisləyən bəyanatla çıxış edib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: