Barak Obama İlham Əliyevə zəng edib
08 Aprel 2009 Çərşənbə 09:55
ABŞ prezidenti Barak Obama Azərbaycan prezidenti İlham Əliyevə zəng edib.
APA-nın Ağ Evin rəsmi saytına istinadən verdiyi məlumata görə, iki prezident arasında səmərəli söhbət olub. B. Obama bir daha ölkəsinin Azərbaycanla münasibətlərə sadiq olduğunu, həmçinin Dağlıq Qarabağ münaqişəsinin həllində tərəqqiyə nail olunmasına dəstək verəcəyini bildirib.

Türkiyə-Ermənistan münasibətlərində əhəmiyyətini vurğulayan B. Obama bu barışığın regionda sülh və təhlükəsizliyin bərqərar olması ilə nəticələnəcəyini vurğulayıb.
 
APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar