Azerbaycanlı diplomata Belçikada vezife verildi
26 İyun 2013 Çərşənbə 03:57
İƏT AB ilə daha yaxın əməkdaşlıq etmək üçün Brüsseldə nümayəndəlik açıb.
Ötən gün Brüsseldə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Daimi Müşahidəçi Missiyası ofisinin rəsmi açılışı olub. Açılışda İƏT baş katibi Ekmələddin İhsanoğlu da iştirak edib. ANS PRESS Türkiyə mətbuatına istinadən xəbər verir ki, AB-də İƏT Daimi Müşahidəçi kimi Azərbaycanın Belçikadakı səfiri Arif Məmmədov təyin edilib. A. Məmmədov isə türkiyəli diplomatı Məhmət Biliri özünə köməkçi təyin edib.

Brüsseldə İƏT baş katibi Ekmələddin İhsanoğlu AB Komissiyasının prezidenti Joze Manuel Borozzoyla görüşüb. E. İhsanoğlu bildirib ki, İslam dünyası və Avropa arasında əməkdaşlığa böyük ehtiyac var: “Hazırda İƏT və AB arasındakı əlaqələrin genişləndirilməsi məhz Brüssel nümayəndəliyi sayəsində mümkün olacaq”- deyə o bildirib.

İƏT Brüssel Nümayəndəliyinin açılışında Şimali Afrika, Yaxın Şərq, Ərəbistan yarımadası təmsilçiləri və NATO baş katibinin müavini Hüseyn Diriöz, Brüssel regional parlamentinin türk əsilli üzvü Mahinur Özdəmir, həmcinin İƏT üzvləri ilə digər ölkələri səfirlər və diplomatlar iştirak ediblər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar