Azərbaycanla Misir arasında üç saziş imzalanıb
24 May 2010 Bazar Ertəsi 17:00
Bu barədə xarici işlər naziri Elmar Məmmədyarov məlumat verib.
Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda səfərdə olan Misirin xarici işlər naziri Əhməd Əbül Heytlə görüşüb. Görüşdən sonra keçirilən mətbuat konfransında Elmar Məmmədyarov bildirib ki, görüşdə iki ölkə arasında ikitərəfli münasibətlər, Dağlıq Qarabağ münaqişəsi, regiondakı vəziyyət barədə müzakirələr aparılıb. Nazir deyib ki, bu səfər iki ölkə arasında əməkdaşlığın daha da genişlənməsinə imkan yaradır.
E. Məmmədyarov səfər çərçivəsində Azərbaycan və Misir arasında 3 sənəd imzalandığını deyib. İlk iki sənədi xarici işlər nazirləri imzalayıblar. Bunlar gənclər və idman sahələrində əməkdaşlıq, diplomatik və xidməti vizaların ləğvi edilməsi barədə sazişlərdir.
Üçüncü saziş isə Azərbaycan Diplomatik Akademiyası (ADA) və Misir Diplomatiya Məktəbi arasında imzalanıb. Bu sazişi ADA-nın rektoru Hafiz Paşayev və Misirin Azərbaycandakı səfiri Sabir Əbdülqədir Mənsur imzalayıblar. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: