Azərbaycanla Gürcüstan arasında memarandum imzalandı
19 Oktyabr 2013 Şənbə 08:05
Bu sənəd əsasında biz iki il ərzində həm Azərbaycan, həm də Gürcüstanda müxtəlif səpkili yeni tədbirlərin keçirilməsinə xüsusi önəm verəcəyik.
Gürcüstanın Siqnaxi şəhərində Azərbaycan və Gürcüstan arasında “2014-2016-cı illəri əhatə edən tədbirlər planı”na dair memorandum imzalanıb.

ANS PRESS Gənclər və İdman Nazirliyinin saytına istinadən xəbər verir ki, sənədi Azərbaycan tərəfindən gənclər və idman nazirinin müavini İntiqam Babayev, Gürcüstan tərəfindən isə idman və gənclər naziri Levan Kipiani imzalayıb. İmzalanma mərasimi Azərbaycan və Gürcüstan gənclərinin beynəlxalq festivalı çərçivəsində baş tutub.

Nazir müavini İntiqam Babayev bildirib ki, bu sənəd əlaqələrin möhkəmlənməsi, hər iki ölkənin gənclər sahəsində təşkil ediləcək layihələrdə gənclərin daha yaxından və fəal iştirakı üçün böyük imkan yaradacaq: “Bu sənəd əsasında biz iki il ərzində həm Azərbaycan, həm də Gürcüstanda müxtəlif səpkili yeni tədbirlərin keçirilməsinə xüsusi önəm verəcəyik”.

Memorandumdan sonra Azərbaycanın və Gürcüstanın gənclər təşkilatlarının rəsmilərlə görüşü keçirilib. Görüşdə bir sıra məsələlər ətrafında müzakirələr aparılıb.



DOSTLARINLA PAYLAŞ:

oyunlar