Azərbaycanın xarici ölkələrdəki hərbi attaşeləri Bakıya çağırılıb
01 Avqust 2009 Şənbə 11:00
Gələn həftə Bakıda Azərbaycan Silahlı Qüvvələrinin xarici ölkələrdə akkreditə olunmuş attaşelərinin toplantısı keçiriləcək.
Bu barədə APA-ya Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Avqustun 3-dən 6-dək davam edəcək toplantıda Silahlı Qüvvələrin xarici ölkələrdə və beynəlxalq təşkilatlarda akkreditə olunmuş hərbi attaşeləri ilə yanaşı, hərbi nümayəndələri də iştirak edəcək.
 
APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar