Azərbaycanın xarici işlər naziri Moskvaya gedib
19 Yanvar 2012 Cümə Axşamı 11:22
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Moskvaya gedib.
XİN mətbuat xidmətinin rəhbəri Elman Abdullayevin APA-ya verdiyi məlumata görə, xarici siyasət idarəsinin rəhbəri səfər çərçivəsində Rusiyanın rəsmi şəxsləri ilə bir sıra görüşlər keçirəcək. Görüşlərdə Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin yanvarın 23-də Soçidə keçirəcəyi üçtərəfli görüşə hazırlıq məsələləri müzakirə olunacaq.

Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov dünən keçirdiyi brifinqdə Azərbaycan xarici işlər nazirinin səfəri çərçivəsində iki ölkə arasında diplomatik əmlak haqqında saziş imzalanacağını bildirmişdi.


DOSTLARINLA PAYLAŞ:

oyunlar