Azərbaycanın xarici işlər naziri Brüsselə səfər edəcək
16 Dekabr 2012 Bazar 19:15
Belçika paytaxtında Azərbaycan - Avropa İttifaqı (Aİ) Əməkdaşlıq Şurasının 13-cü iclası keçiriləcək.
Sabah Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan - Avropa İttifaqı (Aİ) Əməkdaşlıq Şurasının 13-cü iclasında iştirak etmək məqsədi ilə Brüssel şəhərinə səfər edəcək.
XİN-in mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, səfər çərçivəsində Aİ Genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə Komissarı Stefan Füle, Kipr Respublikasının Xarici İşlər Naziri Erato Kozaku-Markulis ilə görüşlərin keçirilməsi, həmçinin, Azərbaycan - Aİ arasındakı münasibətlərin bütün aspektləri, o cümlədən siyasi, iqtisadi və humanitar məsələlər haqda müzakirələrin aparılması nəzərdə tutulub.
DOSTLARINLA PAYLAŞ: