Azərbaycanın Qırğızıstandakı səfirinin səlahiyyət müddəti başa çatıb
02 Avqust 2012 Cümə Axşamı 12:36
Qırğızıstan prezidenti səfir Arif Əliyevi qəbul edib.
Azərbaycanın Qırğızıstanda fövqəladə və səlahiyyətli səfiri Arif Əliyevin missiyası başa çatıb. APA-nın məlumatına görə, Qırğızıstan prezidenti Almazbek Atambayev bu münasibətlə Azərbaycan səfirini qəbul edib. Dövlət başçısı Arif Əliyevə iki ölkə arasında münasibətlərin inkişafında oynadığı rola görə təşəkkür edib. Almaz Atambayev Azərbaycanla Qırğızıstan arasında münasibətlərin yeni səviyyəyə qalxdığını vurğulayıb.
DOSTLARINLA PAYLAŞ: