Prezidentlər gürcü azarkeşlərin təxribatından danışdı
02 Avqust 2014 Şənbə 11:22
İlham Əliyev ilə Georgi Marqvelaşvili arasında telefon danışığı olub.
Gürcüstan və Azərbaycan prezidentləri İlham Əliyev ilə Georgi Marqvelaşvili arasında telefon danışığı olub. ANS PRESS-in məlumatına görə, Gürcüstan prezident administarsiyasının yaydığı açıqlamada bildirilir ki, prezidentlər öləkələr arasında ikitərəfli münasibətləri və gələcək perspektivləri müzakirə ediblər.
İlham Əliyev və Georgi Marqvelaşvili bir neçə gün əvvəl Azərbaycanda futbol oyunu zamanı baş verən hadisəni də müzakirə ediblər. “Belə insidentlər iki ölkənin dostluq münasibətlərinə təsir edə bilməz”, deyə prezidentlər bildirib.
Qeyd edək ki, iyulun 31-də Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Bakının “Neftçi” və Gürcüstanın “Çixura” futbol komandaları arasında keçirilən oyunda Gürcüstandan gəlmiş bəzi azarkeşlər stadionda Azərbaycanın Zaqatala və Qax rayonlarının Gürcüstan ərazisi kimi göstərildiyi xəritə asmışdılar. Bu isə azarkeşlər arasında qarşıdurmalara səbəb olmuşdu.
DOSTLARINLA PAYLAŞ: