Azerbaycan Sudana yardım etmeye hazırdır
09 Sentyabr 2013 Bazar Ertəsi 18:06
Azerbaycanın xarici işler naziri Elmar Memmedyarov Sudanın yeni teyin olunmuş sefirini qebul edib.
Nazir Elmar Məmmədyarov Sudan Respublikasının ölkəmizə yeni təyin olunmuş səfiri Məhəmməd Elias Məhəmməd əl-Haqı qəbul edib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, nazir Elmar Məmmədyarov Məhəmməd əl-Haqı ölkəmizə səfir təyin olunması münasibəti ilə təbrik etmiş və gələcək fəaliyyətində uğurlar arzulayıb.

Görüşdə Azərbaycan-Sudan münasibətləri, Afrikada, o cümlədən Cənubi Qafqazda gedən proseslər haqqında fikir mübadiləsi aparılıb.
Nazir Elmar Məmmədyarov onu da qarşı tərəfin diqqətinə çatdırıb ki, Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyi vasitəsilə Sudan Respublikasına yardım etməyə hazırdır.





DOSTLARINLA PAYLAŞ:

oyunlar