Azərbaycan prezidenti Ukrayna baş nazirinin birinci müavinini qəbul edib
21 Aprel 2011 Cümə Axşamı 17:16
Azərbaycan prezidenti İlham Əliyev aprelin 21-də Ukrayna baş nazirinin birinci müavini, iqtisadi inkişaf və ticarət naziri Andrey Klyuyevi qəbul edib.
Azərbaycan prezidenti İlham Əliyev aprelin 21-də Ukrayna baş nazirinin birinci müavini, iqtisadi inkişaf və ticarət naziri Andrey Klyuyevi qəbul edib. APA-nın məlumatına görə, görüşdə Azərbaycanla Ukrayna arasında əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi sahədə uğurla inkişaf etdiyi bildirilib. İqtisadi əlaqələrin genişlənməsində hökumətlərarası birgə komissiyanın rolu qeyd olunaraq bu baxımdan komissiyanın Bakıda keçirilən 9-cu iclasının önəmi vurğulanıb.

Görüşdə Azərbaycanla Ukrayna arasında ikitərəfli münasibətlərin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar