Azərbaycan prezidenti Rusiyanın müdafiə nazirini qəbul edib
25 İyul 2011 Bazar Ertəsi 18:54
Azərbaycan prezidenti İlham Əliyev iyulun 25-də Rusiyanın müdafiə naziri Anatoli Serdyukovu qəbul edib.
APA-nın məlumatına görə, prezident İ. Əliyev Azərbaycanla Rusiya arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən hərbi sahədə uğurla inkişaf etdiyini vurğuladı, çoxşaxəli əlaqələr çərçivəsində hərbi-texniki əməkdaşlığın razılıq doğurduğunu bildirib.
Dövlət başçısı Rusiya müdafiə nazirinin Azərbaycana səfərinin hərbi sahədə əməkdaşlıqla bağlı görülən işlərin müzakirə edilməsi və gələcək əməkdaşlığın istiqamətlərinin müəyyənləşdirilməsi baxımından önəmli olduğunu söyləyib.
Öz növbəsində, A. Serdyukov iki ölkə arasında hərbi və hərbi-texniki əməkdaşlığa dair bütün işlərin vaxtında yerinə yetirildiyini, bununla bağlı müdafiə nazirlikləri səviyyəsində məsələlərin uğurla həll edildiyini bildirib. APA
DOSTLARINLA PAYLAŞ: