Azərbaycan prezidenti Çin Xalq Respublikasının sədrinə məktub ünvanlayıb
30 Sentyabr 2011 Cümə 20:14
İlham Əliyev Hu Szintaonu Çin Xalq Respublikasının yaranması günü münasibətilə təbrik edib.
Prezident İlham Əliyev Çin Xalq Respublikasının sədri Hu Szintaoya təbrik məktubu ünvanlayıb. ANS PRESS-in prezidentin rəsmi saytına istinadən yaydığı məlumata görə, İlham Əliyev Hu Szintaonu ölkəsinin milli bayramı – Çin Xalq Respublikasının yaranması günü münasibətilə təbrik edib.

“Sizə və Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirirəm. Biz Azərbaycan ilə Çin arasındakı münasibətlərə böyük əhəmiyyət veririk. Məmnunluq hissi ilə qeyd etmək istərdim ki, qədim ənənələrə malik olan bu münasibətlər hazırda özünün yüksək inkişaf səviyyəsi ilə səciyyələnir. Əminəm ki, daim genişlənən siyasi, iqtisadi və mədəni əlaqələrimiz, ikitərəfli qaydada əməkdaşlığımız, habelə beynəlxalq məsələlərdə qarşılıqlı dəstəyimiz Azərbaycan-Çin dostluğunun bariz ifadəsi olaraq bundan sonra da ölkələrimizin və xalqlarımızın ümdə mənafelərinə xidmət edəcək. Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Çin xalqına sülh və rifah diləyirəm”, - deyə dövlət başçısının təbrik məktubunda vurğulanıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar