Azərbaycan gec-tez ərazi bütövlüyünü əldə edəcək
14 Dekabr 2012 Cümə 05:16
Heydər Əliyevin siyasi istiqrar mirası Azərbaycanın üstünlüyüdür.
“Ermənistanın Dağlıq Qartabağda müstəqil dövlət yaratmaq səyləri əbəs bir cəhddir. Gec-tez o torpaqlar Azərbaycan ərazisi ilə bütöv olacaq. Biz Azərbaycanla sadəcə qan qardaşı yox, din qardaşı, tarix qardaşı, qədər qardaşıyıq”. Bunu, Türkiyə Böyük Millət Məclisinin (TBMM) spikeri Cəmil Çiçək iştirak etdiyi “Heydər Əliyev Dünyasında Mədəniyyət və İncəsənət” mövzulu konfransda deyib.

“Eyni dili danışır, eyni həyəcanı daşıyırıq. Orda Azərbaycanın ayağı üşüsə biz burda xəstə oluruq. Burda bizim bir yerimiz ağrısa inanırıq ki, azərbaycanlı qardaşlarımız ağlayar. 10 dekabr insan hüquqları günü idi. İnsan hüquqlarının dilə gətirldiyi bu gündə Qarabağ qaçqınlarının sıxıntılrının görməməzliyə vurulmasını başa düşmək mümkün deyil. Daha doğrusu bu insan hüquqları adına riyakarlıqdır. İnsan hüquqları adına pafoslu sözlər danışanlar Azərbaycanda yaşayan 1 milyon qaçqının dərdlərini dinləsinlər” – deyə Cəmil Çiçək bildirib.

TBMM spiker Azərbaycanın hüquqlarının qorunmasını Türkiyə xarici siyasətinin prioriteti olduğunu qeyd edib. “Türkiyə - Ermənistan münasibətərinin normallaışmasının ilk və dönülməz şərti budur. Azərbaycan torpağında işğala son verilməlidir. Ermənistan dövlətinin bu problemlərin həlli istiqamətində addımlar atmasını gözləyirik”.

Cəmil Çiçək çıxışının sonunda, mərhum prezident Heydər Əliyevin qoyub getdiyi siyasi istiqrar mirasının Azərbaycanın üstünlüyü olduğunu vurğulayıb.

Qeyd edək ki, tədbirdə Azərbaycan baş nazirinin müavini Elçin Əfndiyev, təhsil naziri Misir Mərdanov, Türkiyənin mədəniyyət və turizm naziri Ertuğrul Günay və s. dövlət rəsmiləri iştirak ediblər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar