Ayaz Müəllibov siyasətdən gedir
30 İyun 2012 Şənbə 10:50
Ayaz Müəllibov siyasətdən gedir. Bunu Azərbaycan Sosial Demokrat Partiyasının həmsədri Araz Əlizadə deyib.
“Ayaz Mütəllibov həm partiyadan, həm də siyasətdən gedir”. Bunu APA-ya açıqlamasında Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) həmsədri Araz Əlizadə deyib.
O bildirib ki, partiyanın həmsədri, keçmiş prezident Ayaz Mütəllibov partiyanın rəhbərliyi vəzifəsindən getməsinə dair qərar qəbul edib: “Ayaz Mütəllibovun bununla bağlı partiyanın qurultayına məktubu var və bu sənəd XII qurultayda açıqlanacaq. Ayaz Mütəllibovun bu mövqeyi partiyanın rəhbər strukturunda həmsədrlik institutunun ləğv edilməsi ilə bağlı müzakirələrin aparılmasına gətirib çıxarıb. Partiyanın XII qurultayında bu məsələ müzakirə mövzusu olacaq”.
A. Əlizadə qeyd edib ki, qurultayda partiyanın prezident seçkisində iştirakı məsələsi də müzakirə ediləcək: “Sosial Demokrat Partiyası heç bir qruplaşmaya qoşulmaq niyyətində deyil”.
Qeyd edək ki, bu gün ASDP-nin XII qurultayı keçirilir.
DOSTLARINLA PAYLAŞ: