Avropa Şurasının Azərbaycan üzrə həmməruzəçiləri Andres Herkel və Yevgeniya Jivkova Bakıda səfərdədir. Artıq onlar qurumun Bakı ofisində görüşlərə başlayıblar. Bu gün məruzəçilər xarici ölkələrin Azərbaycandakı diplomatik missiyalarının nümayəndələri ilə də görüşəcəklər. Səfər çərçivəsində onlar prezident, Milli Məclisin sədri, Xarici İşlər və Ədliyyə nazirləri, iqtidar və müxalifət partiyalarının təmsilçiləri, jurnalistlər və QHT nümayəndələri ilə görüşlər keçirəcəklər. Həmməruzəçilərin Naxçıvana səfəri də planlaşdırılıb.
Qeyd edək ki, faktaraşdırıcı səfərin məqsədi Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin monitorinqini aparmaqdır. Səfərin yekununda onlar rəsmi Bakının qurum qarşısında götürdüyü öhdəliklərin icrası ilə bağlı hesabat hazırlayacaqlar./ANS PRESS/