Avropa Parlamentinə etiraz sənədi qəbul edilib
29 May 2012 Çərşənbə Axşamı 23:23
Qərarda Avropa Parlamentinin imzaladığı qətnamənin ikitərəfli münasibətlərə zərbə vurduğu vurğulanıb.
Milli Məclisin bugünkü iclasında Avropa Parlamentinin mayın 24-də qəbul etdiyi qətnaməyə etiraz sənədi qəbul olunub. Qərarda Avropa Parlamentinin Azərbaycanda insan hüquqları və demokratiya ilə bağlı imzaladığı qətnamənin ikitərəfli münasibətlərin inkişafına fayda vermədiyi, əksinə, qərəzli mövqeyin münasibətlərə zərbə vurduğu vurğulanıb.

Qərarda Avropa Parlamentinin qətnaməsi Azərbaycana qarşı yönəlmiş qərəzli akt kimi qiymətləndirilib.

Milli Məclisin qərarı qətnamənin qəbul olunmasında iştirak etməyən deputatlara ünvanlanacaq



DOSTLARINLA PAYLAŞ:

oyunlar