Avropa İttifaqı Azerbaycan siyasi dialoqu keçirilib
04 Dekabr 2013 Çərşənbə 16:02
İclasda Azerbaycanı Avropa İttifaqı yanında Nümayendeliyin başçısı sefir Fuad İsgenderov temsil edir.
Brüsselde Avropa İttifaqının Siyasi ve Tehlükesizlik Komitesi seviyyesinde Azerbaycanla növbeti siyasi dialoq keçirilib.

ANS PRESS Trend-e istinaden xeber verir ki, iclasda Azerbaycanı Aİ yanında Nümayendeliyin başçısı, sefir Fuad İsgenderov, Aİ-ni ise Siyasi ve Tehlükesizlik Komitesinin sedri Volter Stivens temsil edibler.

V.Stivens Şerq Terefdaşlığı ölkelerinin Vilnüs zirve görüşü sonrasında Aİ ile Azerbaycan arasındakı emekdaşlığın gelecek inkişafı imkanlarından behs edib, bölgede tehlükesizlik meselelerine toxunaraq, Azerbaycanın regionda oynadığı rolundan danışıb.

F.İsgenderov Aİ terefine Ermenistan-Azerbaycan, Dağlıq Qarabağ münaqişesinin nizamlanması ile bağlı danışıqlar prosesi haqqında geniş melumat verib, münaqişenin beynelxalq hüququn norma ve prinsiplerine uyğun olaraq, dövletlerin erazi bütövlüyü ve suverenliyine hörmet esasında hellinin ve bu prosesde Aİ-nin qeti mövqeden çıxış etmesinin vacibliyini vurğulayıb.

Bu xüsusda, Avropa Parlamentinin bu ilin 24 oktyabr tarixinde qebul etdiyi qetnamesi ve burada BMT Tehlükesizlik Şurasının 4 melum qetnamesine istinad edildiyi xatırlanıb.

İclas çerçivesinde F.İsgenderov, hemçinin Azerbaycanda daxili proseslerin son inkişafı, siyasi ve sosial-iqtisadi islahatlar haqqında ümumi melumat teqdim edib, Aİ-Azerbaycan münasibetlerinin gelecek inkişaf perspekrivleri müzakire olunub.

Resmi iclasla yanaşı, diger Cenubi Qafqaz ölkelerinin nümayendelerinin iştirakı ile birge işçi nahar teşkil edilib. Nahar zamanı geniş regional prosesler, enerji tehlükesizliyi ve diger qarşılıqlı maraq doğuran meseleler etrafında fikir mübadilesi aparılıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar