Avropa İttifaqı Ankara və İrəvana səsləndi
07 Aprel 2010 Çərşənbə 10:00
Qurumun ali nümayəndəsi bəyanatla çıxış edib
Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik siyasəti məsələləri üzrə ali nümayəndəsi Ketrin Eşton bəyanatla çıxış edib. Bəyanatda xüsusilə qeyd edilir:
“Avropa İttifaqı Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşdırılması prosesini dəstəkləyir və hər iki tərəfi imzalanmış protokolları ilkin şərtsiz və düşünülmüş müddətə təsdiq etməyə və həyata keçirməyə çağırır. Aİ bununla əlaqədar olaraq Ermənistan prezidentinin protokolların parlamentə göndərilməsinə dair qərarını, həmçinin Türkiyə prezidentinin ikitərəfli münasibətlərin nizamlanmasına bağlı olmasına dair son bəyanatlarını alqışlayır.
Avropa İttifaqı əmindir ki, Ermənistan və Türkiyə arasında münasibətlərin tam olaraq nizamlanması Cənubi Qafqazda təhlükəsizlik, stabillik və əməkdaşlığın təminatına dəyərli töhfə olacaq. Aİ bu prosesə siyasi və texniki dəstəyini davam etdirir və iki dövlət tərəfindən razılaşdırılan addımları reallaşdırmaqda yardım etməyə hazırdır”. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: