İsveçin xarici işlər naziri Karl Bildt iyulun 16-20-də Avropa Birliyi “üçlüyü”nün tərkibində Cənubi Qafqazda səfərdə olacaq.
APA-nın “Armenia today” saytına istinadən verdiyi məlumata görə, “üçlük” AB-nin indiki, əvvəlki və bundan sonrakı sədr ölkələrinin nümayəndələrindən ibarətdir. Nümayəndə heyətinə Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi, AB Şurası katibliyinin nümayəndəsi Paolo Barroso Simos, Avropa Komissiyasının təmsilçiləri Karel Kovanda və Con Kyaer də daxildir. Nümayəndə heyəti Azərbaycan, Ermənistan və Gürcüstan prezidentləri və xarici işlər nazirləri ilə görüşlər keçirəcək.
APA