Avropa Birliyi komissarı Bakıya gəlir
18 Mart 2010 Cümə Axşamı 17:05
Günter Ottinger mayadək Azərbaycan və Türkmənistana səfər etməyi planlaşdırır
Avropa Birliyinin enerji məsələləri üzrə komissarı Günter Ottinger may ayına qədər Azərbaycan və Türkmənistana səfər etməyi planlaşdırır. Bunu “Reuters”ə açıqlamasında G.Ottinger özü deyib.

O, səfər zamanı enerji ehtiyatlarının “cənub dəhlizi” vasitəsilə Avropaya nəqlinin müzakirə olunacağını söyləyib.

Komissarın sözçüsü Marlen Holtsner də belə bir səfərin planlaşdırıldığını təsdiqləyib. O, səfərin apreldə baş tuta biləcəyini, hələlik isə dəqiq tarixin müəyyənləşmədiyini söyləyib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar