Aureliya Qriqoriuya Azerbaycana gelecek
24 Avqust 2013 Şənbə 08:00
Artıq Aureliya Qriqoriuya resmi devet mektubu ile ölkemize devet edilib.
Moldova Ombudsmanının Azərbaycana gəlməsi üçün rəsmi dəvət məktubu göndərilib. Xəbər verdiyimiz kimi, avqustun 15-də Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq (ATXƏM) Mərkəzi Moldovalı Ombudsman Aureliya Qriqoriuya məktubla müracət edərək, əməkdaşlıq təklif etmişdi. Moldovalı ombudsman cavab olaraq bildirmişdir ki, ATXƏM-in fəaliyyəti ilə tanış olub və təşkilatla bütün sahələrdə əməkdaşlıq etməyə hazırdır.

“Qafqazinfo” xəbər verir ki, əməkdaşlığın praktik olaraq rəsmiləşdirilməsi üçün ATXƏM sədri İlham İsmayılov Moldova Ombudsmanının Azərbaycana gəlməsi üçün rəsmi dəvət məktubu göndərib. Dəvət məktubunu məmnuniyyətlə qəbul edən xanım Aureliya yaxın vaxtlarda Azərbaycana gəlmək istədiyini bildirib.

Qeyd edək ki, hazırda ATXƏM tərəfindən Moldova Ombudsmanın sentyabr ayının sonuna planlaşdırılan səfərinin proqram və gündəliyi hazırlanır. Xanım Aureliyanın səfəri zamanı onun rəsmi qurumlar, qaçqın və məcburi köçkünlər, Xocalı soyqırımının canlı şahidləri, eləcədə QHT və media nümayəndələrilə görüşləri nəzərdə tutulur.


DOSTLARINLA PAYLAŞ:

oyunlar