ATƏT sədri Audronyus Ajubalis Bakıya gəlir
13 Mart 2011 Bazar 17:57
Audronyus Ajubalisin sabah Xarici İşlər Nazirliyində görüş keçirəcəyi bildirilir.
Bu gün ATƏT-in fəaliyyətdə olan sədri, Litvanın xarici işlər naziri Audronyus Ajubalisin Azərbaycana rəsmi səfərə gəlir. Səfər proqramı çərcivəsində o sabah xarici işlər naziri Elmar Məmmədyarovla görüşəcək. Görüşdə Dağlıq Qarabağ münaqişəsi də diqqət mərkəzində olacaq.

Xatırladaq ki, ATƏT sədri bundan əvvəl Cənubi Qafqaza martın üçüncü ongünlüyündə gələcəyini bildirmişdi.

Qeyd edək ki, bu, Audronyus Ajubalisin ATƏT sədri postunda regiona ilk səfəridir. anspress


DOSTLARINLA PAYLAŞ:

oyunlar