ATƏT-in Minsk Qrupunun fransalı həmsədri Azərbaycan gəlib
09 İyul 2012 Bazar Ertəsi 09:57
Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçilik missiyasını üzərinə götürmüş ATƏT-in Minsk Qrupunun fransalı həmsədri Jak For Azərbaycana gəlib.
APA-nın məlumatına görə, digər həmsədrlər Robert Bradtke (ABŞ) və İqor Popov (Rusiya) da Bakıya gəldikdən sonra iyulun 10-da vasitəçilər Azərbaycan rəhbərliyi ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar aparacaqlar.

Bakıda danışıqlar başa çatdıqdan sonra həmsədrlər qoşunların təmas xəttindən qarşı tərəfə keçərək Xankəndinə gedəcəklər. Xankəndində separatçı Dağlıq Qarabağ rejiminin başçıları ilə də görüşəcək vasitəçilər oradan İrəvana yollanacaqlar.


DOSTLARINLA PAYLAŞ:

oyunlar