ATƏT-in Bakı ofisində Dəyirmi masa keçirilib
18 May 2010 Çərşənbə Axşamı 14:50
Tədbir qrumun insan haqları bürosunun tövsiyyələrinin icrasına həsr olun.
ATƏT-in demokratik təsisatlar və insan haqları bürosunun tövsiyyələrinin yerinə yetirilməsinə həsr olunmuş ikinci Dəyirmi masa keçirilib . ATƏT-in Bakı ofisinin təşkilatçılığı ilə keçirilən Dəyirmi masada seçkilərin təşkili, seçki komissiyalarının tərkibi, namizədlərin qeydiyyatı, şikayətlərə daha səmərəli baxılması məsələləri müzakirə olunub.
Tədbirin açılışında çıxış edən ATƏT-in Bakı ofisinin rəhbəri Əli Bilgə Cankorel deyib ki, ATƏT noyabr ayında keçiriləcək parlament seçkiləri ərəfəsində Azərbaycan hökumətinin seçki mühitinin yaxşılaşdırılması istiqamətində səylərini dəstəkləyir. O bildirib ki, namizədlərin qeydiyyatı prosesinin düzgün aparılması bütün siyasi partiyaların seçkidə iştirakına geniş şərait yaradacaq.
MSK katibi Natiq Məmmədov ATƏT-lə sıx əməkdaşlıq etdiklərini, bu əməkdaşlığın getdikcə daha səmərəli səviyyəyə gəldiyini söyləyib. Natiq Məmmədov seçki komissiyalarının tərkibi ilə bağlı təkliflərin müzakirə olunduğunu, lakin əsas məqsədin seçkidə mübarizə aparan tərəflərin rəqabəti olduğunu diqqətə çatdırıb.
“Azərbaycan seçkisində mübarizə aparan tərəflər özlərinə güvənməlidir, seçki komissiyalarının gücünə yox. Onlar öz gücü ilə seçkiyə getməlidirlər”, - deyə o bildirib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: