Artur Rasizadə Kiyevə gedib
19 Aprel 2011 Çərşənbə Axşamı 13:00
Baş nazir Artur Rasizadə Çernobıl qəzasının 25 illiyinə həsr olunmuş sammitdə iştirak edəcək.
Azərbaycanın Baş naziri Artur Rasizadə bu gün Kiyevə yola düşüb. Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən məlumata görə, Baş naziri Artur Rasizadənin səfərinin məqsədi Çernobıl qəzasının 25 illiyinə həsr olunmuş sammitdə iştirak etməkdir.

Xatırladaq ki, 1986-cı il aprel ayında Ukraynanın şimalında yerləşən Çernobıl şəhərində Atom Elektrik Stansiyasının 4-cü enerji blokunda partlayış baş verib və alov 3 bloku bürüyüb. Hadisədən sonra həyat üçün təhlükə kəsb edən radioktiv duman yaranıb. Nəticədə 17 milyon insanın yaşadığı 11 rayonun atmosferi zəhərlənib. Qəza nəticəsində Ukraynada 4400 nəfər həyatını itirib. Onlardan çoxu partlayışın nəticələrinin aradan qaldırılması üçün əraziyə gəlmiş fəhlələlər idi. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar