ALP sedri Evez Temirxan İsa Qemberi tehqir etdi
07 Sentyabr 2013 Şənbə 15:48
Evez Temirxan: Yalan, böhtan, tehqir, xüsusen küçe söyüşleri ilk növbede onun müellifine layiqlik göstericisidir.
Prezident seçkiləri yaxınlaşdıqca, müxalifət daxilində gərginlik də artır. Son günlər müxalifət liderlərinin bir-birlərinə qarşı ağır ittihamlar səsləndirir, hətta bir-birlərini təhqir etməkdən belə çəkinmirlər.

ANS PRESS-in verdiyi xəbərə görə, belə liderlərdən geri qalmayan Azərbaycan Liberal partiyasının sədri Əvəz Temirxan də Facebook sosial şəbəkəsində Müsavat Partiyasının sədri İsa Qəmbərə qarşı ağır ifadələr yazıb.

ALP sədri yazır ki, hörmətli İsa bəy! Son 20 ildə Siz, ətrafınız və nəzarətinizdə olan KİV-lər Lalə Şövkət və yarandığı gündən ALP haqqında ölkədə və xaricdə Sizin xislətinizdən və səviyyənizdən irəli gələn yaymadığınız yalan, böhtan və ünvanımıza söləmədiyiniz təhqir və küçə söyüşü qalmayıb: "Əgər cəsarətiniz çatırsa, 2003-cü ildə ünvanınıza 0579 agentura nömrəli, “MOLOTOV” ləqəbli “KQB agenti” ittihamını səsləndirmiş adamı məhkəməyə verin. Əgər bunu edə bilmirsinizdə (heç edə də bilməzsiniz), susmağınız və bizə böhtan atmamağınız məsləhətdir. Əgər böhtan atmadan siyasət yürüdə bilmirsinizsə, bunu küçə söyüşləri ilə etməyin. Çünki, yalan, böhtan, təhqir, xüsusən küçə söyüşləri ilk növbədə onun müəllifinə layiqlik göstəricisidir. Mən bunları Sizə layiq bilməzdim. Amma, bunları özünüzə layiq bilirsinizsə, “uğurlar” və yazıqlar olsun Sizə!"


DOSTLARINLA PAYLAŞ:

oyunlar