Allahşükür Paşazade Vladimir Putine teşekkür edib
23 Oktyabr 2013 Çərşənbə 12:45
Bütün Qafqazın Şeyxi Allahşükür Paşazade: Rusiya dünya miqyasında müselmanların yüksek hörmetini və etimadını qazanıb.
Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə Rusiya prezidenti Vladimir Putinə təşəkkür edib. Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, bu barədə Rusiyanın Ufa şəhərində keçirilən Rusiya Müsəlmanları Mərkəzi Dini İdarəsinin 225 illiyinə həsr olunmuş təntənəli tədbirdə çıxışı zamanı bildirib.

Allahşükür Paşazadə bütün müsəlmanlar adından Vladimir Putinə təşəkkürünü bildirib: "Rusiya daim islam mədəniyyətinə, islam dünyasına böyük hörmətlə yanaşıb.

Bunun sayəsində ölkə dünya miqyasında müsəlmanların etimadını və hörmətini qazanıb. Bunun əyani sübutu Suriya məsələsinin siyasi həlli zamanı oldu. Rusiyanın prinsipial mövqeyi və atdığı diplomatik addımları, Vladimir Putinin şəxsi səyləri dünya üçün əhəmiyyətli addım oldu və qlobal miqyaslı fəlakətlərdən qurtulmağa imkan yaratdı".


DOSTLARINLA PAYLAŞ:

oyunlar