Allahşükür Paşazadə Rusiyaya səfər edəcək
28 Fevral 2012 Çərşənbə Axşamı 12:47
Allahşükür Paşazadə Rusiyaya səfər edəcək. Səfər Moskva merinin dəvəti əsasında baş tutur.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, MDB Dinlərarası Şurasının həmsədri Şeyxülislam Allahşükür Paşazadə sabah Rusiya Federasiyasına səfər edəcək. Bu barədə məlumatı ANS PRESS-ə QMİ-nin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova verib. Onun sözlərinə görə, səfər Moskva şəhərinin meri Sergey Sobyaninin dəvəti əsasında baş tutur. Səfər müddətində Şeyxülislam A. Paşazadənin Moskva və bütün Rusiya Patriarxı Kiril həzrətləri ilə görüşü nəzərdə tutulur. Görüşlərdə dinlərarası dialoqun inkişaf etdirilməsi perspektivləri müzakirə ediləcək.



DOSTLARINLA PAYLAŞ:

oyunlar