Albaniyanın xarici işlər naziri Edmond Hacinaston Azərbaycana gəlir
09 Mart 2011 Çərşənbə 12:21
Səfər zamanı Edmond Hacinaston Elmar Məmmədyarovla görüşəcək.
Albaniya Respublikası baş nazirinin müavini və xarici işlər naziri cənab Edmond Hacinastonun Azərbaycan Respublikasına rəsmi səfəri nəzərdə tutulub. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, səfər 10-11 mart tarixinə planlaşdırılıb.

Səfər proqramı çərçivəsində martın 10-da E.Hacinastonun xarici işlər naziri E.Məmmədyarovla görüşü nəzərdə tutulub. Görüşdən sonra mətbuat konfransının keçirilməsi planlaşdırılır. ANSPRESS












DOSTLARINLA PAYLAŞ:

oyunlar