Aeroportda aləm bir-birinə dəydi
29 Noyabr 2012 Cümə Axşamı 08:59
Təyyarəyə girən pişik hava limanının işini iflic edib
Səudiyyə Ərəbistanın paytaxtı Ər-Riyad hava limanında qeyri-adi hadisə baş verib. ANS PRESS-in Rusiya mətbuatına istinadla verdiyi məlumata görə, aeroportun işi iflic olub. Buna səbəb isə adi bir pişik olub. Pişik Beyruta gedən laynerin göyərtəsinə qalxıb.

Təyyarənin heyəti düz 3 saat heyvanı tutmağa çalışıb. Lakin onların bütün cəhdləri uğursuz olub.
Nəticədə kapitan hava limanının əməkdaşları ilə birlikdə uçuşu başqa təyyarə ilə həyata keçirmək haqqında qərar verib.

Hava limanı əməkdaşlarının pişiyə başları qatışdığı vaxt isə demək olar ki, bütün limanın işi iflic olub. Bir çox reyslər saatlarla gecikib. Pişiyin taleyi barədə isə məlumat verilməyib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar