Pakistan Hərbi Dəniz Qüvvələrinin qərargah rəisi, admiral Noman Bəşir avqustun 4-də Azərbaycana səfərə gələcək.
Pakistanın Bakıdakı səfirliyindən bildirilib ki, avqustun 6-dək davam edəcək səfər çərçivəsində admiral N.Bəşir Müdafiə Nazirliyində və digər dövlət qurumlarında bir sıra görüşlər keçirəcək.
Qeyd edək ki, hazırda Çinə rəsmi səfər edən Noman Bəşir həmin ölkənin Müdafiə Nazirliyinin yüksək vəzifəli şəxsləri ilə danışıqlar aparır. /AzərTac/