ABŞ səfiri İlham Əliyevin inauqurasiyası ilə bağlı bəyanat yaydı
21 Oktyabr 2013 Bazar Ertəsi 12:54
Biz, Dağlıq Qarabağ münaqişəsini nizamlamaq üçün Azərbaycan hökuməti ilə fəal əməkdaşlıq edəcəyik.
ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar prezident İlham Əliyevin inauqurasiyası ilə bağlı bəyanat yayıb. Səfirlikdən ANS PRESS-ə verilən məlumata görə, bəyanatda
Morninstar Amerika Birləşmiş Ştatlarının yeni prezidentlik müddətində İlham Əliyev və Azərbaycan hökuməti ilə sıx əməkdaşlıq etməyi səbirsizliklə gözlədiyini bildirib.

“İstənilən tərəfdaşlar arasında olduğu kimi bizim də fikir ayrılıqlarımız, eyni zamanda çoxlu ortaq maraqlarımız da var. Biz Azərbaycanda demokratik dəyər və prinsipləri təşviq etmək üçün hökumət və vətəndaş cəmiyyəti ilə əməkdaşlığı davam etdirəcəyik. Biz, həmçinin, Dağlıq Qarabağ münaqişəsini nizamlamaq üçün Azərbaycan hökuməti ilə fəal əməkdaşlıq edəcəyik. ABŞ-Azərbaycan ikitərəfli gündəliyi geniş və önəmlidir, buraya regional təhlükəsizlik, terrorizmlə mübarizə, enerji təhlükəsizliyi və iqtisadi diversifikasiya daxildir. Biz növbəti beş ildə Azərbaycan xalqı və hökuməti ilə əlaqələrimizi genişləndirmək və dərinləşdirməyə ümid edirik”,-deyə səfir qeyd edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar