ABŞ Konqresində Azərbaycan üzrə işçi qrupunun sayı 41-ə çatıb
22 İyun 2011 Çərşənbə 14:01
Respublikaçı konqresmen Tod Yanq Azərbaycan üzrə işçi qrupuna qoşulub.
ABŞ Konqresində Respublikaçılar Partiyasının təmsilçisi Tod Yanq Nümayəndələr Palatasında Azərbaycan üzrə işçi qrupuna qoşulub. Azərbaycanın ABŞ-dakı səfirliyindən bildiriblər ki, bununla qrupun üzvlərinin sayı 41 nəfərə çatıb.
T.Yanq 2010-cu ildə İndiana ştatından konqresmen seçilib. O, silahlı qüvvələr və büdcə komitələrinin üzvüdür. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: